"Sevinc Gülməmmədova heç zaman AzTV-də çalışmayıb" - AÇIQLAMA


Sosial 01 İyn 2020 11:15:43 375 0

"Sevinc Gülməmmədova heç zaman AzTV-də çalışmayıb" - AÇIQLAMA

S. Gülməmmədova yalnız bir neçə ay Mədəniyyət TV-də səhər verilişini aparıb

Sevinc Gülməmmədovanı AzTV-nin aparıcısı kimi təqdim etmək doğru deyil. “Report” xəbər verir ki, bunu AzTV sosial mefia və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov bildirib.

Onun sözlərinə görə, Sevinc Gülməmmədova AzTV-də Akademiyanı bitirib və qısa müddətdə efirə çıxıb: “O, heç zaman AzTV-də çalışmayıb. S.Gülməmmədova yalnız bir neçə ay Mədəniyyət TV-də səhər verilişini aparıb”.

Qeyd edək ki, bir sıra KİV-lərdə Sevinc Gülməmmədova “AzTV-nin keçmiş aparıcısı” kimi təqdim olunur.

Sevinc Gülməmmədova