Füzulidə yol qəzasında yaralanan şəxs Bakıya gətirildi


Sosial 30 May 2020 01:24:54 168 0

Füzulidə yol qəzasında yaralanan şəxs Bakıya gətirildi

Füzuli rayonunda&iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Füzuli rayonundaiki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Aşağı Güzlək kəndində qeydə alınıb.

Qəza nəticəsində 1977-ci il təvəllüdlü Zeynalov Dadaş Sadiq oğlu xəsarət alıb.

Yaralı əvvəlcəFüzuliRayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Ona kəllə-beyin travması, beyin silkələnməsi və daxili qanaxma diaqnozu qoyulub.

Hazırda xəstənin müalicəsi davam etdirilir.