ÜST-nin baş direktoru Qlobal Peyvənd Sammitində iştirak edəcək


Sosial 27 May 2020 13:23:57 140 0

ÜST-nin baş direktoru Qlobal Peyvənd Sammitində iştirak edəcək

İyunun 4-də COVID-19 virusuna qarşı peyvəndin tapılmasına həsr olunacaq Qlobal Peyvənd Sammitində ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus da iştirak edəcək.

İyunun 4-də Böyük Britaniya hökumətinin təşkilatçılığı ilə COVID-19 virusuna qarşı peyvəndin tapılmasına həsr olunacaq Qlobal Peyvənd Sammitində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoruTedros Adhanom Qebreyesusda iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə təşkilat rəhbəri “Twitter” hesabından bildirib:

“Böyük Britaniya 4 iyun tarixində Qlobal Peyvənd Sammitinə ev sahibliyi edəcək və mən də bu tədbirdə baş nazir Boris Consona qoşulmağı nəzərdə tuturam. Bu sammit Peyvənd Alyansı tərəfindən görülən həyati mühafizə işlərinə bizim bağlı olduğumuzu bir daha ifadə etmək üçün gözəl fürsət olacaq və COVID-19-a qarşı peyvənd hazır olan kimi onu bərabər şəkildə əldə etməyimizə imkan verəcək”.