Gürcüstanda bəzi məhdudiyyətlər götürülür


Sosial 27 May 2020 11:20:55 155 0

Gürcüstanda bəzi məhdudiyyətlər götürülür

Gürcüstanda iyunun 1-dən etibarən yalnız açıq məkanlarda olan restoranların fəaliyyəti bərpa olunacaq.

Gürcüstanda iyunun 1-dən etibarən yalnız açıq məkanlarda olan restoranların fəaliyyəti bərpa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.

O qeyd edib ki, həmin tarixdən etibarən iri ticarət mərkəzləri də açılacaq.

Baş nazir iyunun 8-dən başlayaraq şəhərlərarası nəqliyyatın da hərəkətinə icazə veriləcəyini qeyd edib.