Qadın qonaq getdiyi evdən 10 min manat oğurlayıb


Sosial 26 May 2020 09:31:42 143 0

Qadın qonaq getdiyi evdən 10 min manat oğurlayıb

Araşdırmalarla onun zərərçəkmişin qohumu, rayonun Ərçivan qəsəbə sakini L.Əliyeva olduğu müəyyən edilib.

Astarada qadın qonaq getdiyi evdənpul və qızıl əşyalar oğurlayıb.

Bu barədə"Report"un Cənub MərkəzinəDİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundanməlumat verilib.

Astara şəhər sakini T.Ağayev polisə müraciət edərək evindən 10 minmanat pulun və 1 160 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qohumu, rayonun Ərçivan qəsəbə sakini L.Əliyeva olduğu müəyyən edilib. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.