Gəncədə avtomobil quyuya düşüb, ölən və yaralanan var


Sosial 25 May 2020 23:36:22 150 0

Gəncədə avtomobil quyuya düşüb, ölən və yaralanan var

Gəncə şəhərində avtomobil qəzası baş verib.

Gəncə şəhərində avtomobil qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Atabəylər prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil sürücünün diqqətsizliyi nəticəsində qazıntı işləri aparılmış yol kənarındakı dərin quyuya düşüb.

Qəza nəticəsində avtomobildə olan, 30 yaşlı Elmir Məmmədov və 35 yaşlı Fuad Rəcəbov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlardan F.Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.