Şamaxının icra başçısı və işçiləri karantindədir - RƏSMİ


Sosial 25 May 2020 15:50:15 170 0

Şamaxının icra başçısı və işçiləri karantindədir - RƏSMİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)&Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşlarının COVID-19 infeksiyasına yoluxması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

© Report — Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşlarının COVID-19 infeksiyasına yoluxması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

TƏBİB-dən "Report"a bildirilib ki,Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib:

"Testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalayarına uyğun olaraq karantindədir".