Bakıda 80 yaşlı qadına qarşı soyğunçuluq edən şəxs tutuldu


Sosial 25 May 2020 12:16:54 154 0

Bakıda 80 yaşlı qadına qarşı soyğunçuluq edən şəxs tutuldu

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki,Nərimanov Rayon Polis İdarəsinin18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 23-də A.Nemətulla küçəsində Bakı şəhər sakini, 80 yaşlı T.Qurbanovanın içərisində 1100 manat pulu və mobil telefonu olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini M.Kərimov saxlanılıb.