Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib


Sosial 23 May 2020 11:43:32 195 0

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib

Bakıda quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bakıda quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, mayın 22-də saat 2 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini X.Arıqovun idarə etdiyi “Xəzər” markalı avtomobilə üç nəfər sərnişin qismində oturub.

Həmin şəxslər Binə qəsəbəsi ərazisində sürücünü bıçaqla hədələyərək 100 manatını alıblar.

Bu barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Mustafayev, N.Abbasov və əvvəllər məhkum olunmuş İ.Məmmədov müəyyən edilərək saxlanılıblar.