AFFA aşağı liqalarla bağlı qərar verdi


Sosial 22 May 2020 15:09:03 65 0

AFFA aşağı liqalarla bağlı qərar verdi

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq, AFFA-nın bayrağı altında keçirilən liqalarla bağlı təqdimat hazırlanaraq İcraiyyə Komitəsinin üzvlərinə göndərilib. Təqdimatda liqalar barədə ətraflı məlumat, hazırkı vəziyyət və UEFA-nın üzvü olan digər milli assosiasiyalarda pandemiya amili nəzərə alınaraq qəbul olunm

© AFFA

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq, AFFA-nın bayrağı altında keçirilən liqalarla bağlı təqdimat hazırlanaraq İcraiyyə Komitəsinin üzvlərinə göndərilib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təqdimatda liqalar barədə ətraflı məlumat, hazırkı vəziyyət və UEFA-nın üzvü olan digər milli assosiasiyalarda pandemiya amili nəzərə alınaraq qəbul olunmuş qərarların qısa xülasəsi öz əksini tapıb.

Xüsusi karantin rejimi ilə əlaqədar AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi mümkün olmadığı üçün telefon zəngi vasitəsilə liqalarla bağlı təqdimatda qeyd olunmuş məsələlər barədə hər bir üzvün münasibəti öyrənilib.

AFFA rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri, ilk növbədə, ölkədə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə əlaqədar Azərbaycan Respuklikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Aparılan geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub:

1. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılsın. Final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunsun.

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutulsun.

2. Azərbaycan Premyer Liqası və Birinci Divizionla bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

3. AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

4. Futzal üzrə Yüksək Liqa, Birinci Liqa, İkinci Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunsun. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal Federasiyası tərəfindən qərarlar qəbul edilsin.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib like
  • 22 May 15:07  
Siyasət Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını

arrow Ətraflı
Sevil Mikayılova: Bütün dövlətlər bu gün Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar  VİDEO like
  • 22 May 15:07  
Siyasət Sevil Mikayılova: Bütün dövlətlər bu gün Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar VİDEO

Azərbaycan dünyanın siyasi xəritəsində 20-ci əsrdə müstəqil ölkə kim

arrow Ətraflı
Prezident Umayra Tağıyevanı təltif etdi like
  • 22 May 15:05  
Sosial Prezident Umayra Tağıyevanı təltif etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xi

arrow Ətraflı
Ekspert Müdafiə nazirinin cəbhə bölgəsinə səfərlərinin məqsədini açıqladı like
  • 22 May 15:04  
Siyasət Ekspert Müdafiə nazirinin cəbhə bölgəsinə səfərlərinin məqsədini açıqladı

“Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri və generalların ön xətt

arrow Ətraflı
Bakıda bina nəzarətçisini "beşbarmaq"la belə vurdular like
  • 22 May 15:04  
Digərləri Bakıda bina nəzarətçisini "beşbarmaq"la belə vurdular

Son.az yenicag.az-a istinadən xəbər verir ki, "Kosmos" yaşayış m

arrow Ətraflı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinə fəxr ad verildi like
  • 22 May 15:02  
Siyasət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinə fəxr ad verildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sə

arrow Ətraflı
Prezident ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan bir qrup şəxsi təltif etdi - SİYAHI like
  • 22 May 15:02  
Siyasət Prezident ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan bir qrup şəxsi təltif etdi - SİYAHI

Prezident İlham Əliyev&Azərbaycan Respublikasında ətraf mühitin mühafizə

arrow Ətraflı
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib like
  • 22 May 15:02  
Siyasət Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevi Res

arrow Ətraflı
“Harley Davidson” istehsalın bərpa vaxtını açıqladı like
  • 22 May 15:01  
İqtisadiyyat “Harley Davidson” istehsalın bərpa vaxtını açıqladı

“Harley Davidson” istehsalın bərpa vaxtını açıqladı

arrow Ətraflı
Prezident Valeh Ələsgərovla bağlı sərəncam imzaladı like
  • 22 May 14:59  
Siyasət Prezident Valeh Ələsgərovla bağlı sərəncam imzaladı

Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli

arrow Ətraflı
Peskovun xanımı koronavirusdan sağaldı, like
  • 22 May 14:59  
Dünya Peskovun xanımı koronavirusdan sağaldı,

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun xanımı, tanınmış fiqur

arrow Ətraflı
Bayram günləri nəqliyyat və rabitə qurumları gücləndirilmiş iş rejimində çalışacaq like
  • 22 May 14:58  
İqtisadiyyat Bayram günləri nəqliyyat və rabitə qurumları gücləndirilmiş iş rejimində çalışacaq

Bayram günlərində əhali fasiləsiz nəqliyyat, telekommunikasiya və poçt x

arrow Ətraflı