Teleradio sahəsində fəaliyyət göstərən reklam agentlikləri anlaşma sənədi imzalayıb


Sosial 22 May 2020 11:52:22 153 0

Teleradio sahəsində fəaliyyət göstərən reklam agentlikləri anlaşma sənədi imzalayıb

Azərbaycanın teleradio reklamı sahəsində fəaliyyət göstərən 14 reklam agentliyi audiovizual mediada reklam bazarının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədi imzalamışdır. (Sənədin mətni əlavə olunur)

Azərbaycanın teleradio reklamı sahəsində fəaliyyət göstərən 14 reklam agentliyi audiovizual mediada reklam bazarının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıb.

Bu barədə "Report"a Milli Televiziya və RadioŞurasından məlumat verilib.

Agentlik rəhbərlərinin imzaladığı Anlaşma sənədində bu sahədə mövcud problemlərin ümumi siyahısı və həmin problemlərin həlli üçün istiqamətlər müəyyənləşdirilib. Sənədə görə reklam bazarının inkişafı üçün zəruri qanunvericilik bazasının, ölçmə mexanizmlərinin və onların tətbiqi normalarının işlənib hazırlanması teleradio sahəsində tənzimləyici qurum olan Milli Televiziya və Radio Şurasından xahiş olunur. İmzalanan sənədin əsli saxlanılması üçün Şura rəhbərliyinə təqdim olunub.

Milli Televiziya və Radio Şurasının sədri reklam agentlikləri tərəfindən əldə olunmuş bu razılaşmanı müsbət qiymətləndirmiş və teleradio sahəsində fəaliyyət göstərən yayımçılar, operatorlar, müvafiq dövlət qurumları və mütəxəssislərlə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual media reklam bazarının inkişafı üçün zəruri olan qanunvericilik və normativ bazanın, tətbiq mexanizmlərinin yaradılması və inkişafı üzərində işə başlayacaqlarını bildirib.