Qazaxda və Tovuzda karantini pozanlar cərimələndi


Sosial 09 Apr 2020 20:11:41 102 0

Qazaxda və Tovuzda karantini pozanlar cərimələndi

Azərbaycanın bölgələrində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Azərbaycanın bölgələrində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, gücləndirilmiş iş rejimində xidmət aparanQazax Rayon Polis Şöbəsinin əməkdaşları sakinlər arasında profilaktik tədbirlər həyata keçirərəkmümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən, dezinfeksiyaedici vasitələrdən yararlanmağı tövsiyə edirlər.

Bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barələrində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.

Belə ki, araşdırmalar zamanı 68 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib, 1 şəxs barəsində isə rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.

Eyni zamandaTovuz rayonunda da xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsində RPŞ-nin əmkdaşları gücləndirilmiş iş rejimində nəzarət edir.

Belə ki, bu günə qədər polis əməkdaşlarının keçirdikləri reydlər zamanı 71 rayon sakini barədə xüsusi karantin rejiminin tələblərini pozduğuna görə inzibati qaydada tədbir görülüb.