Hökumətdən bank kreditləri ilə bağlı açıqlama


Sosial 08 Apr 2020 18:31:36 111 0

Hökumətdən bank kreditləri ilə bağlı açıqlama

​“Bank kreditləri işsiz adamlara deyil, işləyənlərə verilir”.

“Bank kreditləri işsiz adamlara deyil, işləyənlərə verilir”.

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O, bank kreditlərinə güzəştlə bağlı suala cavab olaraq bildirib ki, tədbirlər planında pandemiya ilə əlaqədar yaranmış vəziyyətdəmaaş almayan şəxslərə yardım nəzərədə tutulub:“Həmçinin kiçik və orta sahibkarlığa da yardımlar nəzərdə tutulur. Bütün bu tədbirlər də elə kredit ödəyənlərə köməklik deməkdir”.