Ağsuda karantin rejimini pozan şəxs həbs edildi


Sosial 06 Apr 2020 21:01:21 122 0

Ağsuda karantin rejimini pozan şəxs həbs edildi

A​ğsu rayonunda gün ərzində karantin rejimini pozan şəxslər həbs və cərimə olunublar.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfində gün ərzindəkarantin rejiminipozan vətəndaşlara rast gəlinib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, həminşəxslər həbs və cərimə olunublar.

Belə ki, karantin rejimini ciddi şəkildə pozan 1 nəfər rayon sakini 20 sutka həbs olunub. Bundan başqa, 6 nəfər piyada 100 manat cərimə olunub,17 sürücü barəsində inzibati protokol tərtib olunub.