Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var


Sosial 03 Apr 2020 01:51:50 144 0

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

© Foto: "Report"

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Quliyev Ramin Əfləddin oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bazu sümüyünün sınığı və çanaq sümüyünün əziyi diaqnozları qoyulub.