Gürcüstan ombudsmanı milli azlıqlarla bağlı siyasətə görə hökuməti tənqid edib
Sosial 02 Apr 2020 17:21:17 96 0
Gürcüstanda milli azlıqlar arasında dövlət dili səviyyəsi aşağı olaraq qalmaqdadır.
Gürcüstanda milli azlıqlar arasında dövlət dili səviyyəsi aşağı olaraq qalmaqdadır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan ombudsmanı Nino Lomcarianın ölkədə insan hüquq və azadlıqlarının vəziyyətinə dair illik hesabatında bildirilib.
Ötən ili əhatə edən sənəddə etnik azlıqların əsas problemlərinin kimi təhsilin əlçatanlığı, mədəni irsin qorunması və qərar qəbuletmə prosesində iştirakla bağlı olduğu qeyd olunub.
Ombudsmanın rəyinə əsasən, dövlət dilinin tədrisi ilə bağlı problem xüsusilə kəskindir: “Dövlət dilinin tədrisi üzrə proqramın illərdir mövcud olmasına baxmayaraq, gürcü dilinə yiyələnən və danışan milli azlıq nümayəndələrinin sayı azdır”.
Hesabatda 2019-cu ildə dini azadlığın qorunması ilə bağlı vəziyyətin yaxşılaşmadığı da bildirilib: “Dini təşkilatların vergi və əmlak məsələləri həll olunmamış qalır: Restitusiya probleminə görə artıq 30 ildir Gürcüstanın dini və etnik müxtəlifliyini əks etdirən abidələr uçulub dağılır”.
Hesabat artıq ölkə parlamentinə təqdim olunub.