544 nəfər Azərbaycan vətəndaşlığına qəbulla bağlı müraciət edib


Sosial 02 Apr 2020 15:09:45 103 0

544 nəfər Azərbaycan vətəndaşlığına qəbulla bağlı müraciət edib

1 074 müraciət müvafiq qaydada araşdırılıb

2019-cu ildə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitamla bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olmuş 1 074 müraciət müvafiq qaydada araşdırılıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-ci ildə fəaliyyəti ilə bağlı hesabatında məlumat verilib.

Bu müraciətlərdən 599-u Azərbaycan Respublikası vətəndaşlığına qəbul, 26-sı Azərbaycan Respublikası vətəndaşlığına bərpa, 449-u isə Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı olub.

Əvvəlki hesabat dövründə icraatda olan sənədlərlə birlikdə 1 005 vəsatət (544 qəbul, 20 bərpa, 441 çıxma) Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına təqdim edilib.