Qərargah rəisi: “Yanğın 400 kv. metr ərazini əhatə edib” - VİDEO - YENİLƏNİB-3


Sosial 02 Apr 2020 13:28:00 97 0

Qərargah rəisi: “Yanğın 400 kv. metr ərazini əhatə edib” - VİDEO - YENİLƏNİB-3

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın olması barədə məlumat daxil olub.&

Video əlavə olunub

***02:22

“Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında baş verən yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin 32 canlı qüvvəsi və 12 texnikası cəlb edilib”.

“Report” xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov bildirib.

Onun sözlərinə görə, yanğın bazarın 400 kv. metr ərazisini əhatə edib.

O, qeyd edib ki, yanğın tam söndürülüb, hazırda tüstülənmənin qarşısı alınır.

01:26***

Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə “Report” Fövqəladə Halar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.Əlavə məlumat veriləcək.

01:03***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın olması barədə məlumat daxil olub.

"Report"un FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.Əlavə məlumat veriləcək.

Video: İlqar Abdullayev

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək