Ağcabədidə həmyerlisinə hədə-qorxu gələn şəxs tutuldu


Sosial 31 Mar 2020 12:53:29 109 0

Ağcabədidə həmyerlisinə hədə-qorxu gələn şəxs tutuldu

Ağcabədi rayon sakini hədələnib.

Ağcabədi rayon sakini hədələnib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, martın 30-da Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Məmmədov həmyerlisi, əvvəllər məhkum olunmuş S.Muradovun ona hədə-qorxu gəlib 2 000 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Muradov həmin gün Hindarx qəsəbəsi ərazisində hədə-qorxu ilə tələb etdiyi 2 000 manatdan 300 manatı alarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.