Mağazalardan oğurluq edən qardaşlar saxlanıldı
Sosial 31 Mar 2020 13:02:48 119 0
Bakıda mağazalardan oğurluq edilib.
Bakıda mağazalardan oğurluq edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Belə ki,Nəsimi Rayon Polis İdarəsinin (RPİ)22-ci Polis Şöbəsi və Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 4 mağazadan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və 2 qardaşı saxlanılıblar.
Ətraflarında aparılan tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1 455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyən edilib.
Mənbə: report.az