Tovuzda avtomobil qəzası baş verib, xəsarət alanlar var


Sosial 29 Mar 2020 20:10:01 117 0

Tovuzda avtomobil qəzası baş verib, xəsarət alanlar var

Qeyd edək ki, hadisəyə avtomobillərdən birinin işıqforun qırmızı işığında hərəkət etməsi səbəb olub.

Tovuz rayonunun Qovlar şəhəri ərazisində xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Niva" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər -1998-ci il təvəllüdlü Zülfiyyə Hüseynova və 1990-cı il təvəllüdlü Nüşabə Məsimova xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, hadisəyə avtomobillərdən birinin işıqforun qırmızı işığında hərəkət etməsisəbəb olub.

Faktla bağlı araşdırma aparılır.