Norveç koronavirusa qarşı üç dərmanı sınaqdan keçirdiyini açıqladı


Sosial 29 Mar 2020 12:50:46 130 0

Norveç koronavirusa qarşı üç dərmanı sınaqdan keçirdiyini açıqladı

Norveç koronavirus daşıyıcılarının laboratoriya şəraitində müalicəsinə başladığını açıqlayıb.

Norveç koronavirus daşıyıcılarının laboratoriya şəraitində müalicəsinə başladığını açıqlayıb.

“Report” “Euronews”a istinadən xəbər verir ki, təcrübə malyariya və Ebola xəstəliklərini sağaldandərmanlar da daxil olmaqla üç həb üzrə aparılacaq.

Məlumata görə, tərcübədən keçiriləcək ilk dərman isə “Plaquenil” olacaq. Buna səbəb dərmanın malyariya, daha sonra isə Ebolanın müalicəsində töhfələr verməsidir.

“Malyariya dərmanı iltihabı azaldır və parazitlərə qarşı təsirlidir. Bu isə müalicədə təsiredici faktor ola bilər”, - Norveç Araşdırma Şurasının baş direktoru Con-Arne Rottingen bildirib.

Ancaq baş direktor Ebola və s. virusların qarşısını alan dərmanların yeni növ koronavirusa qarşı da eyni nəticəni göstərəcəyinin hələlik məlum olmadığını da vurğulayıb.

Norveç İctimai Səhiyyə İnstitutu da araşdırmanın koronavirusla mübarizədə çox önəmli olacağına ümid etdiyini söyləyib.