Bakıda gənc yol qəzasında xəsarət aldı


Sosial 29 Mar 2020 04:45:01 118 0

Bakıda gənc yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nətcələnən yol qəzası olub.

Bakıda xəsarətlə nətcələnən yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

M.Ə.Rəsulzadə qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Əmirov Firudin Famil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona diz qapağının və incik sümüyünün sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov