Bakıda 44 yaşlı kişi özünə bıçaq xəsarəti yetirdi
Sosial 29 Mar 2020 01:19:58 200 0
Bakıda intihara cəhd hadisəsi baş verib.
Bakıda intihara cəhd hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
1976-cı il təvəllüdlü Mehdiyev Rafael Xanlar oğlu bıçaqla özünə xəsarət yetirib. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı R.Mehdiyevə qarnın ön divarında bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyat olunub.
Ramin Şahbazov
Mənbə: report.az