Bakıda qaydalara əməl etməyənlər inzibati məsuliyyətə cəlb olunur


Sosial 28 Mar 2020 13:04:54 150 0

Bakıda qaydalara əməl etməyənlər inzibati məsuliyyətə cəlb olunur

Polis paytaxtda xüsusi karantin rejim qaydalarının pozulması hallarına qarşı tədbirləri davam etdirir.&

© Report

Polis paytaxtda xüsusi karantin rejim qaydalarının pozulması hallarına qarşı tədbirləri davam etdirir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 29 mart saat 00:00-dan etibarən əhalinin hərəkəti üzrə bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.

"Şəhər sakinlərini xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırırıq. Qaydalara əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunur", - məlumatda bildirilib.