Axtarışda olan 5 nəfər saxlanıldı


Sosial 26 Mar 2020 10:22:27 153 0

Axtarışda olan 5 nəfər saxlanıldı

​Paytaxtın polis orqanları 17 cinayətin üstünü açıb

Paytaxtın polis orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün17 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Qəsdən sağlamlığa ağır zərər vurma və quldurluq üzrə hərəyə 1, narkotiklərin qanunsuz dövriyyəsinə görə 4, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 4 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 5 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.