Sumqayıt sakinləri Balakəndə narkotiklə tutuldu


Sosial 26 Mar 2020 10:05:55 140 0

Sumqayıt sakinləri Balakəndə narkotiklə tutuldu

Balakən polisi narkotik maddə saxlayan şəxsləri saxlayıb

Balakən polisi üzərində narkotik maddə olan şəxsləri saxlayıb.

"Report" un Şimal-qərb bürosuna DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Balakən şəhəri ərazisində hərəkətdə olan “Opel” markalı avtomobil saxlayıb.

Bu zamansürücü və sərnişinlərdə narkotik vasitə saxlamaqda şübhəli hərəkətlər hiss edildiyindən həmin nəqliyyat vasitəsi və şəxslər Polis Şöbəsinə gətiriliblər.

Həmin şəxslərin Sumqayıt şəhər sakinləri 36 yaşlı Fuad Quliyev, 34 yaşlı Şahin Səfərov və 45 yaşlı Zaur Əlizadə olduqları müəyyən olunub.

Şəxsi axtarış zamanı F.Quliyevdən sellofan torbada 230 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana, Z.Əlizadədən siqaret qutusunda psixotrop maddə-metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Ş.Səfərova məxsus “Opel” markalı avtomobilə baxış keçirilən zaman oradan da metamfetamin və qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istint

aq aparılır.