Vəkillər Kollegiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürdü


Sosial 24 Mar 2020 12:42:59 96 0

Vəkillər Kollegiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürdü

​Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürülüb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı iləKoronavirusla Mübarizəyə Dəstək Fonduna50 min manat vəsait köçürülüb.

Vəkillər Kollegiyasından "Report"a verilən məlumata görə,bu məbləğ vəkilliyin inkişaf fonduna vəkillərin ödədikləri order markasından (xərcindən) yığılan vəsait hesabına köçürüldüyündən bu aksiyada bütün vəkilllərin iştirakı təmin olunub.

Həmçinin dövlət başçısının təşəbbüsü ilə başladılan və ölkə ictimaiyyətinin bütün təbəqələri tərəfindən həmrəy şəkildə dəstəklənən kompaniyaniya vəkillər də biganə qalmayıb və onlar tərəfindən ayrıca təşəbbüslər şəklində də Dəstək Fonduna köçürmələr edilib.