Polis Lənkəranda əməliyyat keçirdi, narkotacir tutuldu


Sosial 12 Mar 2020 18:42:24 143 0

Polis Lənkəranda əməliyyat keçirdi, narkotacir tutuldu

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.&

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Şilavar kənd sakini Səfər Bunyatov saxlanılıb.

Onun üzərinə keçirilən şəxsi axtarış zamanı da bir bükümdə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxsin yaşadığı evə özünün iştirakı ilə baxış keçirilib və oradan külli miqdarda - 55 qram narkotik vasitə - tiryək, 41 qram heroin, 13 qram psixotrop maddə -metamfetamin, 4 qram qurudulmuş marixuana, eləcə də narkotik vasitələrin satışı üçün istifadə etdiyi elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.