Bakıda itkin düşənlər tapıldı


Sosial 12 Mar 2020 09:32:31 140 0

Bakıda itkin düşənlər tapıldı

Polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 18 cinayətin üstü açılıb.

© pexels.com

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün18 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə,onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Xuliqanlıq üzrə 11, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 5 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 38 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.