İmişlidə qadın piyadanı avtomobil vurdu


Sosial 27 Fev 2020 19:45:40 142 0

İmişlidə qadın piyadanı avtomobil vurdu

​İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, qəza Mürsəlli kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini,1961-ci il təvəllüdlü Ziyafət İslam qızı Əliyevanı avtomobil vurub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.