Masallıda kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələdi - YENİLƏNİB


Sosial 26 Fev 2020 17:00:00 102 0

Masallıda kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələdi - YENİLƏNİB

Masallıda qətl hadisəsi baş verib.

© shutterstock

Masallı rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki,bir müddət əvvəl həyat yoldaşındanayrılan rayonun Təzəkənd kənd sakiniSarvan Nəbiyev ailə münaqişəsi zəminində keçmişhəyat yoldaşı Aliməyə, qayınanası Zemfiraya və qaynı Alimə öv tüfəngindən atəş açıb.

Hadisə nəticəsində S.Nəbiyevin keçmiş həyat yoldaşı və qaynı ölüb. Qayınanası isə yaralanıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bundan sonra qətli törədən S.Nəbiyev yardımçı tikilidə çənə nahiyəsindən özünə atəş açıb.

Şahidlərin bildirdiyinə görə, hadisə qız tərəfinin oğlanın evinə cehizlərini götürmək üçün gələn zaman baş verib.

Qeyd edək ki, boşanan gənc ailənin iki azyaşlı uşağı var.

Faktla bağlı araşdırma aparılır.

***16:46

Masallı rayonundaqətl hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. O daha sonra əlindəki silahla özünə atəş açıb.

Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, ilk xəbəri baku.ws saytı yazıb.

İsmayıl Nəsibli, Asəf Əhmədov