Masallıda kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələdi, 3 nəfər öldü


Sosial 26 Fev 2020 16:46:17 110 0

Masallıda kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələdi, 3 nəfər öldü

Masallıda qətl hadisəsi baş verib.

© shutterstock

Masallı rayonundaqətl hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. O daha sonra əlindəki silahla özünə atəş açıb.

Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, ilk xəbəri baku.ws saytı yazıb.