Məhkəmə "Real" MTK-nın icraçı direktoru barədə qərar verdi


Sosial 26 Fev 2020 16:06:37 149 0

Məhkəmə "Real" MTK-nın icraçı direktoru barədə qərar verdi

Bakı Apellyasiya Məhkəməsində "Real" MTK-da icraçı direktoru, dələduzluqda təqsirli bilinən Sahil Cahangirlinin apellyasiya şikayətinə baxılıb

© Pexels.com

Bakı Apellyasiya Məhkəməsində "Real" MTK-nın icraçı direktoru, dələduzluqda təqsirli bilinən Sahil Cahangirlinin apellyasiya şikayətinə baxılıb.

“Report” xəbər verirki, hakim Mirzəli Abbasovun sədrlik etdiyi prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü S.Cahangirli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

S.Cahangirli "Real" MTK-nın həbsdə olan rəhbəri İlham Qasımovun bacısı oğludur.

O, bir mənzili bir neçə nəfərə satmaq ittihamı ilə daha əvvəl də həbs edilibvə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, MTK-nın rəhbəri İ.Qasımov da evi bir neçə nəfərə satmaqla yanaşı, şəriki milyonçu şair Gülağa Tənhanın şikayəti əsasında da həbs edilib. O, şairin 19,5 milyon manatını mənimsəməkdə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 12 ilə endirib.

İ.Qasımov "MTN işi"ndə general Akif Çovdarovuncinayət işi üzrəzərərçəkmişi kimi tanınıb.