Nazirlik daha bir tikinti şirkətini 50 min manat cərimələdi
Sosial 26 Fev 2020 14:16:23 127 0
Nizami rayonu, K.Balakişiyev 32 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
© stock.adobe
Nizami rayonu, K.Balakişiyev 32 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
"Report" xəbər verir ki, bunuƏtraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.
O qeyd edib ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 3 şam ağacının “Karayev City” MTK tərəfindən tikinti işləri aparılan zaman ağır texnika ilə məhv edildiyi müəyyən edilib.
Faktla bağlı akt və protokol tərtib olunub.“Karayev City” MTK-nın hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.
Mənbə: report.az