DYP-də anım mərasimi keçirildi


Sosial 25 Fev 2020 17:51:30 126 0

DYP-də anım mərasimi keçirildi

Bu gün Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ)&Dövlət Yol Polisi (DYP) İdarəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilən anım mərasimi keçirilib.

Bu gün Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ)Dövlət Yol Polisi (DYP) İdarəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilən anım mərasimi keçirilib.

"Report"un xəbərinə görə, mərasimdə İdarə rəisi Rəşid Piriyev, rəis müavinləri, şöbə və bölmə rəisləri, Yol Patrul Xidməti (YPX) əməkdaşları, tarixçi alim, professor Fəzail İbrahimli, Xocalı soyqırımının və Qarabağ döyüşlərinin canlı şahidi və iştirakçısı, “General Əli bəy” kimi tanınan Əlövsət Qasımov, ehtiyatda olan general-mayor İntiqam Zeynalov iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dahasonra çıxış edən İdarə rəisi R.Piriyev bildirib ki, Azərbaycan polisi tarixə qanla yazılmış günləri heç vaxt unutmur: “Biz də bir əsgər kimi daim vətənə, dövlətə xidmət edirik. Biz heç vaxt başımıza gətirilən bu faciələri unutmamışıq. Düşmənimiz məlumdur və biz onları yaxşı tanımalıyıq. Mən əminəm ki, şəhidlərimizin qisası tez bir zamanda alınacaq, biz doğma yurdumuza qayıdacağıq”.

R.Piriyev Xocalı faciəsinin törədilməsində düşmən birləşmələrinin məqsədini önə çəkib və əlavə edib ki, onlar bununla xalqımızın əzmini, iradəsini qırmağa çalışsa da, buna nail ola bilməyiblər: “Biz Ali Baş Komandanın hər an əmrini gözləyən əsgərlərik. Bu faciələri bizə yaşadanlar gec-tez cəzalarını alacaqlar”.

Tarixçi alim F.İbrahimli çıxışında qeyd edibki, ermənilərin Azərbaycana qarşı ərazi iddiası 18-ci əsrdən başlayır və bu istəklərinə çatmaq üçün daim başqalarından dəstək alıblar: “Biz heç vaxt tariximizi unutmamılıyıq. Ermənilər bizimlə təklikdə mübarizə aparmayıb. Onlar daim imperiyanın gücündən istifadə edib. Biz hər zaman böyük güclərlə mübarizə aparmışıq. Bu gün Azərbaycanın yürütdüyü siyasət ölkədə sabitliyin qorunmasına hesablanıb. Amma bu o deməkdir ki, biz bu faciələri unudacağıq? Xeyr. Biz ağlayıb-sızlamadan sadəcə məsələni dərindən öyrənməli və nəticə çıxarmalıyıq. Bu gün Azərbaycan güclü bir dövlətdir və buna görə bizə təzyiqlər hər zaman olur. Biz bir olmalıyıq, yumruq olmalıyıq. Tarixin hər dövründə bu millət bir olub, böyük güclərə qarşı savaşıb”.

F.İbrahimli deyib ki, Azərbaycan bəlkə də yeganə ölkədir ki, ilin hər ayında faciəli günlər var: "Başqa dövlətlər olsaydı bəlkə də buna tab gətirə bilməz və məhv olardı. Lakin Azərbaycan günü-gündən güclənir və inkişaf edir".

Rusiyada yaşayan soydaşımız, hüquqşünas İntiqam Zeynalov bildirib ki, R.Piriyev də Qarabağ döyüşlərində fəal iştirak edib: “Belə vətənpərvər insanlarla birlikdə olmaq qürur verir. Mən illərdir Rusiyada yaşayıram. Hər yerdə Azərbaycanı təbliğ edirəm. Düşünürəm ki, biz tariximizi və başımıza gələn faciələri unutmamalıyıq”.

Qeyd edək ki, tədbirdə Xocalı faicəsini əks etdirən fotosərgi də keçirilib. Fotolar “General Əli bəy” tərəfindən çəkilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək