Bakıda qadına qarşı soyğunçuluq edildi


Sosial 25 Fev 2020 09:59:14 129 0

Bakıda qadına qarşı soyğunçuluq edildi

Bakıda soyğunçuluq hadisəsi baş verib.

© google.az

Bakıda soyğunçuluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə fevralın 24-də, saat 16 radələrində paytaxtın Nizami rayon ərazisində qeydə alınıb.

Belə ki, A.Mustafayev küçəsi, ev 14 ünvanında yerləşən binanın girişində naməlum şəxs 1950-ci il təvəllüdlü Qayaxanım Cavadovanın içərisində 42 manatolan əl çantasını oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.