Yasamalda yolu keçən qadını avtomobil vurdu


Sosial 24 Fev 2020 23:07:29 146 0

Yasamalda yolu keçən qadını avtomobil vurdu

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən 1974-cü il təvəllüdlü Nəcəfova Arzu Rizvan qızını minik avtomobili vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.