Mağazadan oğurluq etmək istəyən şəxs saxlanıldı


Sosial 24 Fev 2020 10:52:21 143 0

Mağazadan oğurluq etmək istəyən şəxs saxlanıldı

Bakıda oğurluğa cəhd edilib.

© stock.adobe

Bakıda oğurluğa cəhd edilib.

“Report”un xəbərinə görə, hadisə fevralın 19-da, saat 3 radələrində paytaxtın Xəzər rayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs Binə qəsəbəsində B.Ağayevə məxsus mağazaya qapının kilidini sındırmaqla oğurluğa cəhd edib.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü E.Əhmədov müəıyyən olunaraq saxlanılıb.

Faktla bağlkı araşdırma aparılır.