Hacıqabulda mikroavtobus piyadanı vuraraq öldürdü


Sosial 23 Fev 2020 21:25:19 144 0

Hacıqabulda mikroavtobus piyadanı vuraraq öldürdü

Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Hacıqabul rayonunda olub.

Padarçöl kəndində“Mercedes” markalı mikroavtobus yolu keçmək istəyən naməlum piyadanı vurub. Zərbənin təsirindən piyada hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.