Lerikdə avtomobil dərəyə aşdı, ölənlər var


Sosial 22 Fev 2020 12:51:02 168 0

Lerikdə avtomobil dərəyə aşdı, ölənlər var

​Lerik rayonunda ağır yol qəzası baş verib.

© google.az

Lerik rayonunda ağır yol qəzası baş verib.

"Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Orand kəndi ərazisində çətin keçilən dağ yolunda qeydə alınıb.

Belə ki, UAZ markalı avtomobil dərəyə aşıb. Nəticədə bir azyaşlı uşaq hadisə yerindəölüb. Yaralılardan biri Lerik Rayon Mərkəzi Xəstəxanasına, digəri isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ancaq Lənkərana gətirilən yaralı yolda dünyasını dəyişib.Qəza zamanı avtomobildə bir ailənin 6 üzvü olub.

İlkin məlumata görə, hadisəyə ərazidəki qalın qar və buz örtüyü səbəb olub.

Faktla bağlı araşdırma aparılır.