Sabah 18 dərəcə isti olacaq


Sosial 22 Fev 2020 12:55:25 141 0

Sabah 18 dərəcə isti olacaq

Bazar günü Azərbaycanda&gözlənilən hava şəraiti açıqlanıb.&

Bazar günü Azərbaycandagözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə,Bakıda və Abşeron yarımadasında fevralın 23-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti,Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, gecə və səhər şərq rayonlarında çiskin olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti,gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.