Uşaq poliklinikasındakı yanğın söndürüldü - YENİLƏNİB


Sosial 21 Fev 2020 16:24:00 117 0

Uşaq poliklinikasındakı yanğın söndürüldü - YENİLƏNİB

Bakıda yanğın hadisəsi baş verib.

Bakıda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə,paytaxtın Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb.

Yanğın, yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb.

***16:15

Bakıda yanğın hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu,Q.Qarayev prospekti, 17 saylıuşaq poliklinikasında qeydə alınıb.

Məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi əraziyə yollanıb.

Ətraflı məlumat veriləcək.