Bakıda avtomobil yolu keçən piyadanı vurdu


Sosial 19 Fev 2020 21:05:26 158 0

Bakıda avtomobil yolu keçən piyadanı vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xətai rayonu Nobel prospekti 3 ünvanında qeydə alınıb.

Belə ki, Ağ Şəhər bulvarının yanında “99 SH 575” dövlət nömrə nişanlı “BMW” markalı avtomobil piyada zolağından keçən 30 yaşlı kişini vurub.

Yaralı təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Faktla bağlı araşdırma aparılır.