Neftçalada inək qəzaya səbəb oldu, xəsarət alan var


Sosial 18 Fev 2020 23:14:24 117 0

Neftçalada inək qəzaya səbəb oldu, xəsarət alan var

Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Mayak kənd sakini Famil Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən qəfil yola inək çıxıb. Bu zaman avtomobil heyvanı vurub. Nəticədə inək ölüb, sürücü isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.