Bakıda iki avtomobil toqquşdu - FOTO


Sosial 18 Fev 2020 01:24:00 137 0

Bakıda iki avtomobil toqquşdu - FOTO

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

© Foto: "Report"

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“99-DE-923” dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə “Mercedes” "Changan" markalı avtomobilə, sonuncu isə yolun kənarında dayanan təxliyə maşınına çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da iki avtomobilə ziyan dəyib.

Əraziyə DYP əməkdaşları və təxliyə avtomobili cəlb olunub.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək