Zakir Həsənov: “Qoşunlarda təlim və məşqlər real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı keçirilməlidir”


Sosial 15 Fev 2020 12:31:38 67 0

Zakir Həsənov: “Qoşunlarda təlim və məşqlər real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı keçirilməlidir”

Fevralın 15-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirləri, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavir

© mod.gov.az

Fevralın 15-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirləri, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazilriyindən "Report"a verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev iştirak edib.

Ölkəmizin dinamik sosial-iqtisadi inkişafının ordu quruculuğu sahəsinə göstərdiyi müsbət təsirindən danışan general-polkovnik M.Əliyev Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələrin uğurla icrası, aparılan genişmiqyaslı hərbi islahatlar nəticəsində ölkənin müdafiə qüdrətinin, Azərbaycan Ordusunun isə beynəlxalq aləmdə nüfuzunun artması, hərbi qulluqçular və onların ailə üzvlərinin sosial şəraitinin yaxşılaşdırılmasını xüsusi qeyd edərək dövlət səviyyəsində bu istiqamətdə işlərin cari ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdıraraq yeni tədris dövründə qarşıda duran məsələlərin tam həcmdə yerinə yetirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Cəbhədəki əməliyyat şəraitini təhlil edən general-polkovnik Z.Həsənov müdafiənin ön xəttində vizual və xüsusi texniki vasitələrdən istifadə etməklə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, onun ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması, bölmələrimizin şəxsi heyətinin sayıqlığının artırılması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin çətin relyefli ərazilərdə, xüsusilə yüksək dağlıq bölgələrdə döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki ehtiyatlarla fasiləsiz təmin olunması ilə bağlı tapşırıqlar verib.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi məqsədilə müxtəlif təlim və praktiki məşqlərin real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı, intensiv radioelektron mübarizə şəraitində keçirilməsi ilə əlaqədar tövsiyələrini verib.

Döyüş hazırlığı və hərbi təhsil məsələlərinə toxunan Müdafiə naziri hərbi təhsil sistemi və peşəkar hərbi kadrların hazırlanmasında qabaqcıl təcrübə və yeniliklərin tətbiqi, döyüş təminatını müəyyən edən vəzifələrin daha təcrübəli hərbi qulluqçularla komplektləşdirilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsinin vacibliyini xüsusi qeyd edib.

Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətini yüksək qiymətləndirən Müdafiə naziri ideoloji işin gücləndirilməsi, hüquq qaydaları və hərbi intizamın, hərbi qulluqçular və onların ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi heyətin tibbi nəzarətinin möhkəmləndirilməsi, həmçinin müvafiq dövlət qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini də diqqətə çatdırıb.

Müşavirənin sonunda Müdafiə naziri rəhbər heyətə xidməti və döyüş fəaliyyəti ilə bağlı bir sıra tapşırıqlar verib.

Göyçayda 12,3 kmlik yerli əhəmiyyətli yol yenidən qurulur like
  • 15 Fev 12:29  
Digərləri Göyçayda 12,3 kmlik yerli əhəmiyyətli yol yenidən qurulur

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkiş

arrow Ətraflı
Çində qızdırması olan şəxslərin nəqliyyatdan istifadəsi qadağan edildi like
  • 15 Fev 12:28  
Dünya Çində qızdırması olan şəxslərin nəqliyyatdan istifadəsi qadağan edildi

​Çində qızdırması olan hər kəs nəqliyyatdan istifadə edə bilməyəc

arrow Ətraflı
KİV: Yəməndə koalisiyanın qırıcısı vuruldu like
  • 15 Fev 12:26  
Dünya KİV: Yəməndə koalisiyanın qırıcısı vuruldu

Yəməndə İran dəstəkli husilər Səudiyyə Ərəbistanının rəhbərliyi a

arrow Ətraflı
Prezident Dünya Bankının icraçı direktoru ilə görüşdü like
  • 15 Fev 12:21  
Siyasət Prezident Dünya Bankının icraçı direktoru ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Münxen

arrow Ətraflı
Prezident İlham Əliyev Münxendə Dünya Bankının icraçı direktoru ilə görüşüb  FOTO like
  • 15 Fev 12:21  
Siyasət Prezident İlham Əliyev Münxendə Dünya Bankının icraçı direktoru ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı
Xəzər dənizinə tökülən çay bağlana bilər like
  • 15 Fev 12:19  
Digərləri Xəzər dənizinə tökülən çay bağlana bilər

"İranda suyu Xəzər dənizinə tökülən Sefidrud çayının dənizə gi

arrow Ətraflı
Çindən təxliyyə edilən ukraynalıları ölkəyə buraxmırlar like
  • 15 Fev 12:14  
Dünya Çindən təxliyyə edilən ukraynalıları ölkəyə buraxmırlar

Çindən təxliyyə edilən ukraynalıları ölkə ərazisinə buraxmaq istəmir

arrow Ətraflı
Gürcüstanın Azərbaycana borcu nə qədərdir? like
  • 15 Fev 12:10  
İqtisadiyyat Gürcüstanın Azərbaycana borcu nə qədərdir?

Bu ilin yanvar ayında Gürcüstanın Azərbaycana olan borcu dəyişməyərək

arrow Ətraflı
ABŞda koronavirusa qarşı 150 milyon peyvənd hazırlanacaq like
  • 15 Fev 12:09  
Dünya ABŞda koronavirusa qarşı 150 milyon peyvənd hazırlanacaq

ABŞ-ın beş böyük əczaçılıq şirkəti noyabr ayına qədər yeni növ ko

arrow Ətraflı
İlham Əliyev Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru ilə görüşdü like
  • 15 Fev 12:08  
Siyasət İlham Əliyev Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Münxen

arrow Ətraflı
Bakının əsas prospektində təmir gedir like
  • 15 Fev 11:52  
İqtisadiyyat Bakının əsas prospektində təmir gedir

Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətində olan yan yolunda

arrow Ətraflı
Bakıda intihara cəhdin qarşısı alındı like
  • 15 Fev 11:49  
Digərləri Bakıda intihara cəhdin qarşısı alındı

Nizami rayonunda polis əməkdaşları hündürmərtəbəli binadan özlərini a

arrow Ətraflı