Ötən il Azərbaycanda 26 672 cinayət qeydə alınıb


Sosial 14 Fev 2020 17:04:21 56 0

Ötən il Azərbaycanda 26 672 cinayət qeydə alınıb

Ötən Azərbaycanda&26 672 cinayət qeydə alınıb.

Ötən il Azərbaycanda26 672 cinayət qeydə alınıb.

“Report”un xəbərinə görə, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Belə ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirmişdir ki, 2019-cu il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olmuş, digər hüquq mühafizə orqanları, ilk növbədə daxili işlər, dövlət təhlükəsizlik, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunmuşdur. Prokurorluq orqanlarının səyləri Dövlət başçısı cənab İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilmişdir.

Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə həyata keçirilən peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq, ictimai əks-səda doğurmaqla cəmiyyətin maraq dairəsində olan, keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra xüsusilə ağır və ağır cinayətlərin açılması və cəzanın labüdlüyünün təmin olunduğu konkret misallarla diqqətə çatdırılmışdır.

Hesabat dövründə kriminogen durumun nəzarətdə saxlanıldığını qeyd edən Baş prokuror Zakir Qaralov əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının sabit qalaraq 265 fakt təşkil etdiyini və ölkəmizin ötən il də MDB və Avropa məkanında ən təhlükəsiz və sabit dövlətlərdən biri kimi öncül mövqeyini saxladığını xüsusi vurğulamışdır.

Kollegiya iclasında bildirilmişdir ki, daxili işlər və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət göstəriciləri 2019-cu ildə də davam etdirilmiş, prokurorluğun dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili istiqamətində fəaliyyəti daha da güclənmişdir. Hesabat ilində istintaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət orqanları üzrə 26.672 cinayət qeydə alınmışdır. Bu cinayətlərin 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmuş, cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir.

2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən dövlət orqanları üzrə qeydə alınmış cinayətlərin 84,8%-nin açılması təmin olunmuşdur.

Daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2018-ci illə müqayisədə qeyri-aşkar şəraitdə törədilmiş, ağır və xüsusilə ağır, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən soyğunçuluq, quldurluq, dələduzluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyat vasitəsinin qaçırılması, habelə xuliqanlıq, ictimai yerlərdə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər azalmış, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin açılma vəziyyəti yaxşılaşmış, eləcə də daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 329 cinayətin açılması təmin edilmişdir.

Hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Qeydə alınmış həmin cinayətlərin sayı əvvəlki illə müqayisədə azalmış, açılma faizi 96,1% olmaqla sabit qalmışdır. 2018-ci illə müqayisədə hesabat dövründə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 53 fakt, həmin hadisələrdə ölən şəxslərin sayı 99 nəfər artmış, xəsarət alan şəxslərin sayı isə 9 nəfər azalmışdır. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrindən 6-sı açılmamış qalmışdır.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara 2019-cu ildə və əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

İstirahət günlərində gözlənilən hava proqnozu like
  • 14 Fev 17:04  
Digərləri İstirahət günlərində gözlənilən hava proqnozu

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
AMEA Neft və Qaz İnstitutunun direktoru işdən çıxarılıb like
  • 14 Fev 17:03  
Sosial AMEA Neft və Qaz İnstitutunun direktoru işdən çıxarılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunun dir

arrow Ətraflı
Novxanıda evə oğurluğa girən gənc tutuldu like
  • 14 Fev 16:58  
Sosial Novxanıda evə oğurluğa girən gənc tutuldu

Novxanı qəsəbəsində bağ evindən oğurluq etmək istəyən şəxs&mühafiz

arrow Ətraflı
AMEA-nın bölmələrinin Elmi şuralarının yeni tərkibi təsdiqlənib like
  • 14 Fev 16:58  
Sosial AMEA-nın bölmələrinin Elmi şuralarının yeni tərkibi təsdiqlənib

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin icl

arrow Ətraflı
Enrikenin yeni doğulan körpəsi like
  • 14 Fev 16:57  
Digərləri Enrikenin yeni doğulan körpəsi

Bir neçə gün əvvəl növbəti dəfə valideyn olan ispaniyalı müğənni En

arrow Ətraflı
Bakıda yerdən 980 manat tapıldı like
  • 14 Fev 16:56  
Sosial Bakıda yerdən 980 manat tapıldı

Bakı sakini pulqabısını itirib.

arrow Ətraflı
Baş Prokurorluqda kollegiya iclası keçirilib like
  • 14 Fev 16:54  
Digərləri Baş Prokurorluqda kollegiya iclası keçirilib

Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Res

arrow Ətraflı
İstirahət günlərinin hava proqnozu açıqlandı like
  • 14 Fev 16:51  
Sosial İstirahət günlərinin hava proqnozu açıqlandı

İstirahət günlərində gözlənilən hava proqnozu

arrow Ətraflı
Nail Naiboğludan vəfat etmiş xanımı haqqında kövrək paylaşım like
  • 14 Fev 16:49  
Digərləri Nail Naiboğludan vəfat etmiş xanımı haqqında kövrək paylaşım

Rejissor Nail Naiboğlu 2 il öncə vəfat etmiş həyat yoldaşı haqqında sos

arrow Ətraflı
“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı başlayır - VİDEO like
  • 14 Fev 16:47  
Sosial “Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı başlayır - VİDEO

“Yüksəliş” müsabiqəsi Onlayn mərhələnin Ümumi biliklər üzrə əsa

arrow Ətraflı
Baş prokuror: "Ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olub" like
  • 14 Fev 16:44  
Sosial Baş prokuror: "Ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olub"

"Ölkəmiz dünya dövlətləri birliyində hərtərəfli inteqrasiya edib".

arrow Ətraflı
Qutunu açanda ölümcül infeksiyaya yoluxdu like
  • 14 Fev 16:44  
Digərləri Qutunu açanda ölümcül infeksiyaya yoluxdu

ABŞ-ın Havay ştatının sakini Hizer Harbottl əşyalarını yerləşdirdiyi

arrow Ətraflı
Göyçayda gənc itkin düşdü - FOTO like
  • 14 Fev 16:39  
Sosial Göyçayda gənc itkin düşdü - FOTO

Göyçayda 23 yaşlı gənc itkin düşüb.

arrow Ətraflı
İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər like
  • 14 Fev 16:39  
Dünya İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətl

arrow Ətraflı
Tbilisidə anbarda güclü yanğın baş verib like
  • 14 Fev 16:37  
Dünya Tbilisidə anbarda güclü yanğın baş verib

Tbilisinin Diğomi rayonunda yerləşən anbarda güclü yanğın baş verib.

arrow Ətraflı