Bu gün AzTV-nin yaranmasından 64 il ötür


Sosial 14 Fev 2020 11:27:32 51 0

Bu gün AzTV-nin yaranmasından 64 il ötür

Bu gün Azərbaycanda və şərqdə ilk televiziya olan, indiki AzTV kanalının yaranmasından 64 il ötür.

Bu gün Azərbaycanda və şərqdə ilk televiziya olanAzTV (əvvəl başqa adla olub) televiziya kanalının yaranma günüdür.

"Report" xəbər verir ki, televiziyanın yaranmasından 64 il ötür.

Belə ki,SSRİ-də Bakı televiziya studiyası 14 fevral 1956-cı ildə fəaliyyət göstərməyə başlayıb.

İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. O, çıxışını "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

Əvvəllər yayım yalnız Bakı və Sumqayıtı əhatə edirdi. Bir il sonra - 1957-ci ildə televiziyanın əhatə dairəsi genişlənərək Salyan, Quba, Kürdəmir, eləcə də Azərbaycanın digər rayon və şəhərlərində də yayımlanıb.

1957-ci ildən Azərbaycan televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb. İldən-ilə təkmilləşən milli televiziyamız 2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma keçib.

1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. 2005-ci ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu, müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq göstərib. 1991-ci ildə AzTV rəhbərliyinin təşəbbüsü ilə ölkə teleməkanında ilk özəl studiya - “215 KL” adlı studiya yaradılıb. Sonrakı illərdə Azərbaycan teleradiosunda yetişən peşəkarlar özəl televiziya və radioların qurulması prosesində fəal iştirak ediblər.

Bu gün geniş tamaşaçı auditoriyasına malik AzTV-nin verilişləri peyk vasitəsilə dünyanın bir çox yerlərində yayımlanır. Bir sıra ölkələrdə onun müxbir məntəqələri fəaliyyət göstərir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və təbliğində ilk milli televiziyamızın rolu danılmazdır. Avropaya yayımın texniki səviyyəsinə görə Azərbaycan Televiziyası 2007-ci ildə “Avropa keyfiyyəti” medalına layiq görülüb.

Son illər AzTV-də aparılan ciddi islahatlar nəticəsində yeni proqramlar, verilişlər, tamaşalar meydana gəlib, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb edilib, efirə və kanalın infrastrukturuna planlı şəkildə kapital qoyuluşu həyata keçirilib, bir sıra yeni studiyalar yaradılıb. Hazırda Azərbaycan Televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, maraqlı sənədli və bədii filmlər nümayiş etdirilir.

"Report" İnformasiya Agentliyinin kollektivi Azərbaycan Televiziyasının əməkdaşlarını təbrik edir və onlara işlərində uğurlar arzulayır.

KOBİA Macarıstanın müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib like
  • 14 Fev 11:24  
Digərləri KOBİA Macarıstanın müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti ar

arrow Ətraflı
Azərbaycanda nar və nardan hazırlanan məhsulların ixracında ciddi artım qeydə alınıb like
  • 14 Fev 11:14  
Digərləri Azərbaycanda nar və nardan hazırlanan məhsulların ixracında ciddi artım qeydə alınıb

"Bu il Azərbaycanda nar və nardan hazırlanan məhsulların inkişafında

arrow Ətraflı
“Unicapital İnvestisiya Şirkəti” “Unibank”ın istiqrazlarını EBRD-dən geri alır like
  • 14 Fev 11:11  
İqtisadiyyat “Unicapital İnvestisiya Şirkəti” “Unibank”ın istiqrazlarını EBRD-dən geri alır

​“Unicapital İnvestisiya Şirkəti” “Unibank”ın istiqrazlarını EBR

arrow Ətraflı
Polis bir gündə 43 nəfəri saxladı like
  • 14 Fev 11:10  
Sosial Polis bir gündə 43 nəfəri saxladı

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
BU XIDMƏTLƏR icbari tibbi sığorta hesabına olmayacaq like
  • 14 Fev 11:09  
Digərləri BU XIDMƏTLƏR icbari tibbi sığorta hesabına olmayacaq

Azərbaycanda icbari tibbi sığorta sisteminə bu il daxil olmayan tibbi xidmə

arrow Ətraflı
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur” like
  • 14 Fev 11:05  
Dünya Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”

“Pakistanda özümüzü heç vaxt xarici ölkədə hiss etmirik, hazırda biz

arrow Ətraflı
İcbari tibbi sığorta sisteminə daxil olmayan tibbi xidmətlərin adları açıqlandı like
  • 14 Fev 11:04  
Sosial İcbari tibbi sığorta sisteminə daxil olmayan tibbi xidmətlərin adları açıqlandı

Azərbaycanda icbari tibbi sığorta sisteminə bu il daxil olmayan tibbi xidmə

arrow Ətraflı
Azərbaycanda 16 avtovağzal bağlanmaq təhlükəsi ilə üzüzə qalıb like
  • 14 Fev 11:04  
Digərləri Azərbaycanda 16 avtovağzal bağlanmaq təhlükəsi ilə üzüzə qalıb

Ölkədə qanunsuz fəaliyyət göstərən avtovağzallar sərnişinlərin həya

arrow Ətraflı
ESTN-də İsrailin yeni səfiri ilə görüş keçirilib like
  • 14 Fev 11:03  
Sosial ESTN-də İsrailin yeni səfiri ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ESTN) İsrailin Azərbaycana ye

arrow Ətraflı
Afaq Aslandan Sevgililər Günü paylaşımı: Kimdə varsa, qorusun! like
  • 14 Fev 10:59  
Şou-biznes Afaq Aslandan Sevgililər Günü paylaşımı: Kimdə varsa, qorusun!

Müğənni Afaq Aslan daha bir "cəsarətli" addım atıb. 

arrow Ətraflı
Məktəbi vaxtından əvvəl bitirəcək şagirdlərin verdiyi imtahanın nəticələri məlum oldu like
  • 14 Fev 10:55  
Sosial Məktəbi vaxtından əvvəl bitirəcək şagirdlərin verdiyi imtahanın nəticələri məlum oldu

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəy

arrow Ətraflı
Bakıda əsas magistral yollarda sürət azaldıldı like
  • 14 Fev 10:54  
Digərləri Bakıda əsas magistral yollarda sürət azaldıldı

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər

arrow Ətraflı
Ege də “Hercai”yə çəkilir like
  • 14 Fev 10:49  
Digərləri Ege də “Hercai”yə çəkilir

Reytinqlərdə ilk sırada yer alan "Hercai" serialına yeni aktrisa d

arrow Ətraflı