Komitə rəhbəri və müavini həbsdə olan icra başçıları ilə görüşdü

Sosial 12 Fev 2020 15:06:32 145 0

Komitə rəhbəri və müavini həbsdə olan icra başçıları ilə görüşdü

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavini Elçin Şirinov iştirakı ilə birgə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) müvəqqəti saxlanma yeri və istintaq təcrdixanasında monitorinqlər keçiriblər.

Komitə sədrinin müavini E.Şirinov “Report”a bildirib ki, monitorinq zamanı saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olublar.

“Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarov, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, jurnalist Polad Aslanov və Fəxrəddin Abbasovla görüşülər keçirdik. Həmin şəxslər saxlanma şəraitindən, onlara göstərilən münasibətdən razıdırlar. Həmin şəxslərin heç bir şikayətləri yoxdur. Hazırda həbsdə olanicra başçılarının istintaqı gedir və istintaqdan da razıdırlar”, - E.Şirinov deyib.